Bakı. Trend:
Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar üçün platforma təmin etmək təklifi qüvvədə qalır.
Trend bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
“Erməni tərəfdaşlar problemin üst səviyyədə üçtərəfli razılaşmaların kompleks reallaşdırılması çərçivəsində həllində həqiqətən maraqlıdırlarsa, sxolastika ilə məşğul olmaq əvəzinə birgə işləməyə davam etmək lazımdır”, - o qeyd edib.