...

“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” adlı konfransın keçirilməsi təklif edilir

Siyasət Materials 24 Yanvar 2023 11:44 (UTC +04:00)
“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” adlı konfransın keçirilməsi təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” adlı konfransın keçirilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə deputat Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyası Azərbaycan xalqına böyük uğurlar gətirib və bu gün də gətirməkdə davam edir.

“Heydər Əliyevin iqtisadi siyasəti ilə bağlı kifayət qədər çox materiallar var. Bu il "Heydər Əliyev İli"dir və hesab edirəm ki, bu cür konfransın keçirilməsinə ehtiyac var. Hər birimiz bu konfransda fəal iştirak etməli və fikirlərimizi bildirməliyik”, - deyə Z.Səmədzadə deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti