...

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücum bizi sarsıdıb - İsrail XİN

Siyasət Materials 27 Yanvar 2023 13:45 (UTC +04:00)
Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücum bizi sarsıdıb - İsrail XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücumda təhlükəsizlik rəisinin qətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib.

Trend-in məlumatına görə bu barədə İsrail XİN-nin sözçüsü Lior Haiat “Twitter“də paylaşım edib.

"Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik", - deyə o əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti