...

Misir bu ağrılı hadisədə Azərbaycanla tam həmrəydir - XİN

Siyasət Materials 27 Yanvar 2023 17:41 (UTC +04:00)
Misir bu ağrılı hadisədə Azərbaycanla tam həmrəydir - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının səfirliyə hücum nəticəsində həlak olması ilə bağlı dost ölkə hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.

Trend xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əbu Zeyd tvitter hesabında qeyd edib.

"Biz Misirin bu ağrılı hadisədə Azərbaycanla tam həmrəy olduğunu bəyan edirik", - deyə o bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti