...

Azərbaycan səfirliyinə hücum xəbərini narahatlıqla qarşıladıq – Braziliya XİN

Siyasət Materials 28 Yanvar 2023 07:07 (UTC +04:00)
Azərbaycan səfirliyinə hücum xəbərini narahatlıqla qarşıladıq – Braziliya XİN

Bakı. Trend:

Braziliyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı ölkəmizlə həmrəy olduğunu bildirib.

Trend xəbər verir ki, Braziliya XİN-in yaydığı açıqlamada deyilir: “Braziliya hökuməti bu gün (ötən gün – red.) Azərbaycanın Tehrandakı səfirliyinin binasında baş vermiş və əməkdaşın ölümü ilə nəticələnən silahlı hücum xəbərini narahatlıqla qarşılayıb.

Braziliya beynəlxalq hüquqa əsasən diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini və onların obyektlərinin qorunmasının vacibliyini xatırladır.

Braziliya hökuməti Azərbaycan hökuməti və xalqı, habelə həlak olanların ailələri ilə həmrəyliyini ifadə edir”.

Xatırladaq ki, 27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti