...

Prezident İlham Əliyev: Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir

Siyasət Materials 28 Yanvar 2023 22:04 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir

Bakı. Trend:

Terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prezident İsxak Hersoqa və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

İsrail Prezidenti başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti