...

Peskov Türkiyədəki zəlzələnin qaz qovşağının yaradılmasına təsir etməyəcəyini bildirdi

Siyasət Materials 9 Fevral 2023 16:28 (UTC +04:00)
Peskov Türkiyədəki zəlzələnin qaz qovşağının yaradılmasına təsir etməyəcəyini bildirdi

Bakı. Trend:

Türkiyədəki zəlzələnin nəticələri qaz qovşağının yaradılmasını bir müddətlik təxirə sala bilər, lakin bu planları ləğv etmir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Əlbəttə, hazırda bu, (qaz qovşağının yaradılması) Türkiyə Respublikası üçün prioritet ola bilməz və biz buna anlayışla yanaşırıq. Müvafiq olaraq zamanda müəyyən dəyişiklik ola bilər", - Kreml nümayəndəsi jurnalistlərə deyib.

O, həmçinin, qaz qovşağının yaradılması üzrə "işin çox yüksək sürətlə getdiyini" xatırladıb. "Bəli, bu proses azca ləngiyə bilər, lakin bu mahiyyətcə planların reallaşmasına təsir göstərmir", - Peskov əminliklə bildirib.

"Şübhəmiz yoxdur ki, Türkiyə bu fəlakətin öhdəsindən gələcək, zərər çəkənlərə lazımi bütün köməkliyi göstərəcək, dağılmış bölgələrin bərpası ilə məşğul olacaq", - Kreml nümayəndəsi vurğulayıb. O, həmçinin, "bir çox ölkənin, o cümlədən, Rusiyanın" lazım gələrsə, Ankaraya bu prosesdə kömək edəcəyinə diqqət çəkib. "Necə ki, hazırda dağıntıların təmizlənməsində və zərərçəkənlərin axtarışında köməklik göstərirlər", - Peskov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti