...

Beynəlxalq hüquq mütəxəssisləri Ermənistanın mövqeyinə birmənalı qiymət verməlidirlər - Fərhad Abdullayev

Siyasət Materials 13 Fevral 2023 13:09 (UTC +04:00)
Beynəlxalq hüquq mütəxəssisləri Ermənistanın mövqeyinə birmənalı qiymət verməlidirlər - Fərhad Abdullayev

Bakı. Trend:

Dövlətimizin başçısı İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın ölkə Prezidenti ətrafında bir məqsəd naminə səfərbərliyi Azərbaycanın parlaq qələbəsini təmin etdi. Qazanılan Qələbə bütün cəmiyyətimiz kimi, onun ayrılmaz tərkib hissəsi olan məhkəmələri də ruhlandıraraq, azad olunmuş ərazilərdə Konstitusiyanın birbaşa qüvvəsinin təmin edilməsi, qanunçuluğun bərqərar olunması, insan hüquq və azadlıqlarının bərpa edilməsində daha da məsuliyyətlə çalışmağa sövq edir.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi vətəndaşlarımızın Konstitusiyada təsbit edilmiş bir sıra hüquqlarının bərpası üçün zəmin yaratsa da, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən minaların xəritələrinin verilməməsi həmin hüquqların praktiki müstəvidə həyata keçirilməsinə əngəl yaradır.

“Dünya ictimaiyyəti, beynəlxalq hüquq üzrə mütəxəssislər sülh və azadlıq naminə Ermənistan hökumətinin bu mövqeyinə birmənalı qiymət verməlidirlər. Biz bu gün işğaldan azad olunan ərazilərin yüksək sürətlə yenidən qurulması prosesinin şahidiyik. Realizə edilən bütün genişmiqyaslı layihələr bu rayonların dirçəlməsinə, burada əhalinin məskunlaşmasına xidmət edir, eyni zamanda həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əsas yaradır”, - deyə Fərhad Abdullayev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti