...

Ermənilər Azərbaycan ərazilərində misli görünməmiş vəhşiliklər törədiblər

Siyasət Materials 8 Mart 2023 15:41 (UTC +04:00)
Ermənilər Azərbaycan ərazilərində misli görünməmiş vəhşiliklər törədiblər
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər Azərbaycan torpaqlarının 20 faizini 30 il işğalda saxladıqları müddətdə misli görünməmiş vəhşilik, vandallıq həyata keçirərək həmin ərazilərimizdə infrastrukturu, sosial binaları, mənzilləri, evləri tamamilə dağıdıb və yerlə yeksan ediblər.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, ermənilər həmçinin tarixi, dini və mədəni abidələri də tamamilə məhv ediblər.

“Eyni zamanda bu müddət ərzində erməni terrorçuları tərəfindən ərazilərimizdə milyondan çox mina basdırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarını erməni işğalından azad etdi. İşğaldan dərhal sonra həmin ərazilərdə böyük yenidənqurma və bərpa işləri başlanıldı. Azərbaycan bu işləri öz daxili resurslaerı hesabna həyata keçirir.

İlk növbədə təhlükəsizliyi təmin etmək məqsədilə ərazilərin minalardan təmizlənməsi istiqamətində addımlar atıldı. Çox təəssüf ki, Ermənistan 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra da ermənilər Ermənistanda istehsal edilən minaları Azərbaycan ərazilərində basdıqmağa davam ediblər. Nəticə etibarı ilə hərbçilərimiz, bu ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak edən insanlarımız, o cümlədən sadə vətəndaşlar mina hadisələrin qurbanı olublar. Bu ərazilər dünyada minalarla ən çox çirkləndirilmiş ərazilərdən biridir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə mina məsələsinə də xüsusi toxundu.

“Bu gün işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə yeganə maneə bu ərazilərin erməni terrorçuları tərəfindən minalarla ciddi şəkildə çirkləndirilməsidir. Çünki ərazilərin minalardan təmizlənməsi həm böyük vaxt, həm də vəsait tələb edir Təəssüflər olsun ki, beynəlxaq təşkilatlar tərəfindən Ermənistana heç bir sanksiya tətbiq olunmayıb”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti