...

Avropa Parlamenti erməni lobbisinin təsir dairəsindədir - ŞƏRH

Siyasət Materials 15 Mart 2023 19:31 (UTC +04:00)
Avropa Parlamenti erməni lobbisinin təsir dairəsindədir - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin (AP) Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməsində yenə də tamamilə qərzli və əsassız anti-Azərbaycan fikirləri yer alıb və bu qətnamə Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurub.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Avropa parlamentariləri yenə də öz ampulasındadır və erməni yalanlarını həqiqət kimi qələmə verməyə çalışırlar. “Erməni lobbisinin əlində alətə çevrilən Avropa parlamentariləri belə qənaətə gəlib ki, Azərbaycan guya Ermənistana hərbi təcavüz edib, Laçın yolu guya “blokada” olunub. Bu azmış kimi, qətnamədə artıq tarixin zibilliyində itib-batmış “Minsk qrupu” haqda məsələ qeyd edilib. Bu qədər böyük yalan və iftiranın qətnamədə yer alması Avropa Parlamentinin qeyri-ciddiliyini, qərəzliliyini və ermənilərin əlində alətə çevrildiyini bir daha göstərir.

Məlumdur ki, bu qərəzli və uydurma qətnamənin təşəbbüskarları korrupsiyaya qurşanmış, ermənipərəst Avropa parlamentariləridir. Erməni lobbisi tərəfindən çirkli pullar hesabına maliyyələşən Avropa parlamentariləri öz şəxsi maraqlarını beynəlxalq hüquq və qanunlardan üstün tuturlar”, - deyə deputat bildirib.

C.Osmanov qeyd edib ki, qərəzli qətnamə qəbul etməklə Avropa Parlamenti sübut etdi ki, bu qrum erməni lobbisinin təsir dairəsindədir və ikili standartlardan uzaq dura bilmir.

“Avropa Parlamenti daim Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib, hər zaman ölkəmizə qarşı əsassız fikirlər səsləndirib, çünki Avropa parlamentariləri rüşvət müqabilində ermənilərin əlində alətə çevriliblər. Avropa Parlamentinin üzvlərinin rüşvət girdabına batdığı artıq heç kimə sirr deyil. Son dövlər Avropa Parlamentində korrupsiya skandalı və bununla bağlı cinayət işləri də bunu göstərdi.

Bu xüsusda, Yunanıstandan olan vitse-prezident Eva Kailinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi ilk və son hadisə deyil.

Kaspar Karapetyan AP-nin bir sıra deputatlarını dirijor çubuğu ilə idarə edir. Karapetyanın brilliant biznesindən qazandığı çirkli pullar bəzi deputatların gözlərini qamaşdırır. Bu hallar AP kimi qurum üçün utancvericidir”, - deyə deputat bildirib.

O qeyd edib ki, əgər Avropa Parlamenti elə ədalətli təşkilatdırsa, 30 il ərzində Azərbaycan əraziləri erməni işğalı altında qalanda bir dəfə səsini çıxarardı.

“Ermənistanın ərazi bütövlüyündən danışan Avropa Parlamentinin bəs Azərbaycanın ərazi bütövlüyü niyə yadına düşmür? Beynəlxalq qanunları nəzərə alsaq, Azərbaycanla bağlı qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Buna görə də bu qətnamənin qəbulu suveren bir dövlətin daxili işlərinə qarışmaqdır. Lakin Avropa parlamentariləri rüşvət müqabilində öz səlahiyyətlərini də aşmağı, beynəlxalq qanunları ayaqlar altına atmağı “bacarırlar”. Avropa Parlamenti bu cür qərəzli və əsassız qətnamələri ilə regionda sülh prosesinə zərbə vurur. Yaxşı olardı ki, Avropa Parlamenti öz daxilində olan çirkin əməllərə, korrupsiya və rüşvətxorluğa son qoysun”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti