...

Zəlzələ zamanı Azərbaycandan bütün pensiyasını ianə edən yaşlı şəxsi unutmadıq - Çavuşoğlu

Siyasət Materials 16 Mart 2023 10:52 (UTC +04:00)
Zəlzələ zamanı Azərbaycandan bütün pensiyasını ianə edən yaşlı şəxsi unutmadıq - Çavuşoğlu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Zəlzələ zamanı Azərbaycandan bütün pensiyasını ianə edən yaşlı şəxsi unutmadıq.

Trend xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Naizrləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir zəlzələ zamanı göstərdiyi köməyə görə Azərbaycana və digər türkdilli dövlətlərə təşəkkürünü bildirib.

“Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq. Gücümüz birliyimizdədir. Türk Dövlətləri Təşkilatı hər birimizin yuxusu idi, indi reallaşdı", - deyə nazir əlavə edib.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Toplantı TDT-nin “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda bu gün Ankarada keçiriləcək fövqəladə zirvə görüşü çərçivəsində keçirilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Xəbər lenti

Xəbər lenti