...

TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər

Siyasət Materials 16 Mart 2023 19:54 (UTC +04:00)
TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pisləyib və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış ediblər.

Trend xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə qəbul olunmuş Ankara Bəyannaməsində bildirilir.

Sənədə əsasən, TDT dövlət başçıları, həmçinin bütün müsəlmanları incidən və gələcəkdə yeni irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti