...

Fransanın timsalında ciddi pozuculuq fəaliyyətinin şahidləriyik - Şahin İsmayılov

Siyasət Materials 4 Aprel 2023 12:08 (UTC +04:00)
Fransanın timsalında ciddi pozuculuq fəaliyyətinin şahidləriyik - Şahin İsmayılov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 30 ilə yaxın davam edən Qarabağ münaqişəsini həll edərək, beynəlxalq hüququ bərpa etdi. Hazırda da ölkəmiz Ermənistanla- Azərbaycan arasında bağlanılacaq sülh müqaviləsi üzərində işləyir və bütövlükdə regionda sülhün əsas təminatçısı kimi çıxış edir. Qarabağ problemi həll olunandan sonra bir sıra dövlət və təşkilatlar postmünaqişə dövrünə bu və ya digər formada dəstək olmaq və bağlanacaq yekun sülh müqaviləsinə töhfə verməyə çalışırlar. Təbii olaraq, Azərbaycan tərəfi bütün müsbət təşəbbüsslərə dəstək verir. Lakin əfsuslar olsun ki, biz Fransanın timsalında ciddi pozuculuq fəaliyyətinin şahidləriyik.

Trend-in məlumatına görə, bunu deputat Şahin İsmayılov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, tarixin zibil qutusuna atılmış ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan Fransa münaqişənin həlli istiqamətində ötən 30 ilə yaxın dövrdə heç bir ciddi təşəbbüslə çıxış etməmiş, əksinə status-kvonun qorunması üçün əlindən gələni etmişdir.

“Sanki Fransa dövlətinin genetik kodlarını təşkil edən islamofobiya, irqçilik, müstəmləkəçilik kimi anlayışlara Azərbaycanfobiya da əlavə edilib. Fransa dövləti başda Fransa tarixinin ən uğursuz prezidenti olan Makron olmaqla bütövlükdə ölkəmizə qarşı hücuma keçib. Mütəmadi olaraq Azərbaycana qarşı əsassız bəyənatlar səsləndirilir, sənədlər qəbul olunur və bununla da sanki ölkəmizə nə isə diqtə olunmağa çalışır. Amma başda Makron olmaqla bütün fransız siyasətçilər çox yaxşı bilirlər ki, nə Azərbaycan dövlətinə, nə də Azərbaycan Prezidentinə nə isə diqtə etmək mümkün deyil. Fransanın mövcud pozuculuq fəaliyyəti bütövlükdə sülh prosesinə ciddi təhlükə yaradır. Ermənilərdən daha çox erməni olmağa çalışan frnasızlar da çox yaxşı başa düşürlər ki, sülh müqaviləsinə ən çox ehtiyacı olan ölkə məhz Ermənistandır. Daxildə ciddi siyasi çaxnaşmalar yaşayan, Korsikanın aborigen əhalisinə faktiki olaraq milli kimlik genosidi tətbiq edən, Avropa qitəsində ciddi nüfuz itirən Fransa öz problemlərini həll etmək əvəzinə əhalisinin fikrini başqa yerlərə yönləndirməyə çalışır”, - deyə deputat bildirib.

O qeyd edib ki, dünayda ciddi tolerant ölkə kimi tanınan Azərbaycan ölkəmizdə yaşayan çoxlu sayda azsaylı xalqlar kimi erməni əhalinin də cəmiyyətə inteqrasiya üçün hər şeyi ən yüksək səviyyədə edəcək.

“Bu məsələ Azərbaycanın daxili məsələsidir və bu sahədə hər hansı əlavə manipulasiyalara imkan verməyəcək. Bu yüksək tribunadan bir fikri səsləndirməyi özümə borc bilirəm. Fransa öz çirkin və qaranlıq keçmişi ilə Azərbaycanda nə isə nöqsan tutmağa çalışan ən axırncı ölkə, siaysi simasız olan Makron isə ən axırıncı siyasətçidir. Cənab Makron siz seçicilərinizdən çox yumruqlar görmüsünüz, Sizə bir tövsiyə, nəzərə alın ki, Azərbaycan Prezidentinin "dəmir yumruğu" yerindədir və Azərbaycan dövlətinin, xalqnının maraqlarına bir balaca da zərər verməyə çalışan istənilən qüvvənin qarşısındadır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti