...

İran parlamentinin Azərbaycana qarşı bəyanatı düşmənçiliyin bariz nümunəsidir - Cavid Osmanov

Siyasət Materials 5 Aprel 2023 16:04 (UTC +04:00)
İran parlamentinin Azərbaycana qarşı bəyanatı düşmənçiliyin bariz nümunəsidir - Cavid Osmanov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İran parlamentinin Azərbaycana qarşı bəyanat səsləndirməsi əlbəttə ki, qəbuledilməzdir və düşmənçiliyin bariz nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, İranın molla rejimi Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir.

“Xüsusən də 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı 30 illik erməni işğalından azad etdikdən sonra İranın düşmənçilik siyasəti daha kəskin xarakter aldı.

İran molla rejimi tərəfindən, parlamentarilər, rəsmi şəxslər, xüsusi xidmət orqanlarının rəhbərliyi tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir, hədə-qorxu gəlmək niyyəti güdürlər. Hətta İran tərəfi bir neçə dəfə Azərbaycanla sərhəddə hərbi təlimlər keçiblər və eyni zamanda Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı təşkil etdilər. Son olaraq gördük ki, deputat Fazil Mustafaya qarşı törədilən terror aktında da İran izi görsənir”, - deyə deputat bildirib.

O qeyd edib ki, İran Azərbaycanın müstəqil, milli maraqlara söykənən siyasətindən, Azərbaycanın güclənməsindən çox narahatdır və bunun üçün də müxtəlif terror aktları törətməklə, bəyanatlar səsləndirməklə, hərbi təlimlər keçirməklə guya ki, Azərbaycana hədə qorxu gəlirlər.

“Amma onlar unutmamalıdır ki, Azərbaycan 90-ci illərin əvvəllərindəki Azərbaycan deyil. Azərbaycan artıq güclü bir dövlətdir. Azərbaycanla heç bir qüvvə, o cümlədən İranın molla rejimi təhdid dili ilə danışa bilməz. Azərbaycanın müstəqil, milli maraqlara söykənən siyasətini bundan sonra da uğurla davam etdirəcək və daha da güclü ölkə olacaq. Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz”, - deyə C.Osmanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti