...

Həqiqi hərbi xidmətə qəbul elan edilib

Siyasət Materials 10 Aprel 2023 15:38 (UTC +04:00)
Həqiqi hərbi xidmətə qəbul elan edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir.

Bu barədə Dövlət Xidmətindən Trend-ə verilən məlumatda qeyd olunub ki, həqiqi hərbi xidmət keçmək arzusunda olan, 28 yaşadək (yalnız xidmət müddəti başa çatdığına görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılmış zabitlər) kişi cinsli Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qəbul olunmaq üçün 2023-cü il aprel ayının 10-dan iyun ayının 09-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aşağıda qeyd olunan sənədlərini təqdim etməlidirlər.

Xidmətə qəbul olmaq istəyən namizədlər fiziki cəhətdən sağlam, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytına daxil olaraq (“Elektron xidmətlər” bölməsi sətrindən “Həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciət” düyməsini sıxaraq açılmış pəncərədə müraciəti formalaşdırır)https://exidmet.seferberlik.gov.az/Security/Login/Index/?ReturnUrl=%2fApplication%2fPreLoadIndex%3fserviceId%3d1&serviceId=1, [email protected]. elektron poçt ünvanlarına müraciətlərini göndərə və ya şəxsən Xidmətin Aparatına yaxınlaşaraq müraciət edə bilərlər. Eyni zamanda qeyd olunan sənədləri poçt vasitəsi ilə müvəqqəti ünvana göndərilə bilər.

Qeyd olunub ki, namizədlərin xidmətə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”na uyğun həyata keçirilir. Hər bir namizədin bu Qaydalarla tanış olması zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti