...

Ədalət və Kalkınma Partiyası ilə YAP arasında olan işbirliyi bundan sonra da davam edəcək - Musa Quliyev

Siyasət Materials 13 Aprel 2023 13:19 (UTC +04:00)
Ədalət və Kalkınma Partiyası ilə YAP arasında olan işbirliyi bundan sonra da davam edəcək - Musa Quliyev

Kahramanmaraş. Trend:

Yeni Azərbaycan Partiyasının tövsiyəsi ilə partiyadan olan millət vəkilləri və üzvlər ilə Kahramanmaraş şəhərindəyik.

Trend- in Kahramanmaraşa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Məclisin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, Kahramanmaraş şəhərinin əhalisi ilə, universitet, bələdiyyə, Ticarət Sənaye Odası rəhbərləri ilə görüşlər keçirilib.

“Şəhərin insalarına cənab prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin salamlarını çatdırdıq. Ədalət və Kalkınma Partiyası ilə YAP arasında olan işbirliyi bundan sonra da davam edəcək. Türkiyə və Azərbaycan Cənab Rəcəp Tayyib Ərdoğanın, Cənab Prezident İlham Əliyevin başçılığı altında çox böyük uğurlar əldə edib. Hər iki dövlətin səyləri nəticəsində Türk Dövlətlər birliyi yaranıb.

Görüşlərdə əldə etdiyimiz nəticələrdən bu qənatə gəldim ki, Türkiyədə qarşıdan gələn seçkilərdə Kahramanmaraş əhalisi Azərbaycanla davam edən edən siyasəti dəstəkləyir. Bu gün biz Azərbaycan prospektini, Xocalı şəhidlərinin abidəsini və zəlzələ nəticəsində evsiz qalmış vətəndaşlar üçün Azərbaycan tərəfindən təşkil edilmiş çadırları ziyarət etdik. Hər yerdə Azərbaycan və Prezident İlham Əliyevə qarşı böyük sevgi gördük”,- deyə M. Quliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti