...

Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir - Britaniya səfiri

Siyasət Materials 14 Aprel 2023 11:01 (UTC +04:00)
Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir - Britaniya səfiri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir.

Trend-in məlumatına görə, bu barədə öyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old tvitter hesabında qeyd edib.

"Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir", - deyə bildirib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri axtarış və araşdırma işləri davam etdirilir.

Dünən isə erməni KİV-də Axundov Hüseyn Əhliman oğlunun işgəncələrə məruz qaldığını əks etdirən videogörüntülər və fotolar yayılıb.

Baş Prokurorluq tərəfindənAzərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Ombudsman Azərbaycan hərbçisinə işgəncə verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ombudsman BQXK-dən azərbaycanlı hərbçilərə baş çəkməsini tələb edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti