...

Lavrov Cənubi Qafqazda sülhə nail olmağın şərtini AÇIQLADI

Siyasət Materials 19 May 2023 13:51 (UTC +04:00)
Lavrov Cənubi Qafqazda sülhə nail olmağın şərtini AÇIQLADI

Bakı. Trend:

“Bugünkü görüşün əsas mövzusu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasıdır”.

Trend xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

S.Lavrov Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O bildirib ki, bütün məsələlərin həllində məhz bu bəyanatlar həlledici rol oynamalıdır: “Bu, sülh müqaviləsinə, kommunikasiyaların açılmasına, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyasına aiddir. Bütün istiqamətlərdə tərəqqi Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir”.

XİN rəhbəri onu da qeyd edib ki, Rusiyanın Cənubi Qafqaz regionunda ciddi maraqları var və tarixən burada rola malik olub. Onun sözlərinə görə, rəsmi Moskva regionda sülh və sabitliyin tam bərqərar olmasına töhfə verməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti