Bakı. Trend:
Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş başa çatıb.
Trend xəbər verir ki, görüş Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyanın iştirakı ilə Rusiya XİN-in Qəbullar Evində keçirilib.
Qeyd edək ki, nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu üçün bir araya gəliblər. Üçtərəfli görüşdən əvvəl S.Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.