Bakı. Trend:
Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş başa çatıb.
Trend xəbər verir ki, nazirlərin görüşü bu dəqiqələrdə yekunlaşıb.
Qeyd edək ki, nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu üçün bir araya gəliblər. Bundan öncə Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə üçtərəfli görüş baş tutub. S.Lavrov, həmçinin Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.