...

İrəvan məsuliyyəti Bakının üzərinə atmaq istədi - XİN-dən REAKSİYA

Siyasət Materials 8 İyun 2023 16:26 (UTC +04:00)
İrəvan məsuliyyəti Bakının üzərinə atmaq istədi - XİN-dən REAKSİYA

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır və ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq.

Bu sözləri Trend-ə açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə 12 iyunda Vaşinqtonda nəzərdə tutulan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması ilə bağlı deyib.

“Bir qayda olaraq, görüşün dəqiq tarixinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur”, - o əlavə edib.

Qeyd edək ki, bundan öncə Ermənistan XİN Vaşiqntonda nəzərdə tutulan görüşün Azərbaycan XİN-in xahişi ilə təxirə salındığı haqda məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti