...

Sülh prosesi bəzi dairələri narahat edir: erməni təxribatının pərdəarxası

Siyasət Materials 29 İyun 2023 13:41 (UTC +04:00)
Sülh prosesi bəzi dairələri narahat edir: erməni təxribatının pərdəarxası
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 26-da Qarabağdakı qanunsuz hərbi birləşmələr tərəfindən törədilmiş təxribatın məqsədi regionda sülh prosesini pozmaqdır. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, təxribatın məhz ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində baş verməsi məqsədin ABŞ-ın dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq və neqativ abu-havanın yaratmaqdır.

“Əlbəttə ki, erməni təxribatına hər zamankı kimi çevik və layiqli cavab verilib. “Qisas” əməliyyatı nəticəsində ilkin məlumata görə, qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Növbəti təxribatlar törədilsə düşmənə eyni cavab veriləcək və terrorçular məhv ediləcək.

Nəzərə alsaq ki, bu qanunsuz qüvvələr Rusiya sülhməramlıların tam nəzarətində fəaliyyət göstərirlər təxribatın rusiyalı sülhməramlıların təşfiq etməsi də istisna olunmur. Ona görə ki, bölgədə sühün bərqərar olması Rusiyanın da marağında deyil. Çünki regionda sülhün bərqərar edilməsi, Qarabağ ermənilərinin inteqrasiyası sonucda Rusiya sülhməramlılarının fəaliyyətinə ehtiyac duyurmayacaq. Bu baxımdan Rusiya da narahatdır və ABŞ görüşünün müsbət nəticələr verməsi Rusiyanın maraqlarını təmin etmir.

Eyni zamanda baş vermiş təxribatda Laçında qurulmuş postu “blokada” kimi təqdim edərək terrorçulara dəstək verən bir sıra korrusipner qərb siyasətçiləri və təşkilatlarının da məsuliyyəti var. Bu təxribat ermənipərəst və islamafob qüvvələrin, Avropa Parlamenti daxilində də ermənipərəst qüvvələrin maraqlarına cavab verir. Onlar regionda sülh prosesini əngəlləmək üçün terrorçulara dəstək verirlər. Lakin düşünürəm ki, onların bu cəhtləri səmərəsiz olacaq, qüdrətli Azərbaycan hər zamankı kimi terroçlulara ağır zərbə vuraraq onlara lazımi dərs verəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti