...

Erməni təxribatçıları toqquşmanın miqyasını böyütmək istəyir - Görüşü döyüşlə əvəz etmək PLANI

Siyasət Materials 29 İyun 2023 14:56 (UTC +04:00)
Erməni təxribatçıları toqquşmanın miqyasını böyütmək istəyir - Görüşü döyüşlə əvəz etmək PLANI
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün əvvəl Ermənistan öz ənənəsinə sadiq qalaraq təxribata əl atdı. Artıq Ermənistanın bu addımları adət halını alıb. Erməni təxribatçıları mütəmadi olaraq atəşkəsi pozmaqla toqquşmanın miqyasını böyütmək istəyir.

Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, qarşı tərəf bu cür addım ataraq siyasi danışıqların pozulması üçün bir bahanə yaranmasını istəyir.

“Azərbaycanın uğurlu diplomatik xarici siyasətinin qarşısında Ermənistan ancaq təxribatlarla beynəlxalq aləmin diqqətini çəkməyə çalışır. Düşünürəm ki, Ermənistan rəhbərliyi var gücüylə lokal konfliktin yaranmasını şərtləndirir.

Hazırkı toqquşmaların böyükmiqyaslı hərbi əməliyyatlara çevrilməsi isə yalnız Ermənistan tərəfinə sərf edir. Qarşı tərəf elə bizi məhz buna məcbur etmək istəyir.

Xatırladım ki, Brüssel görüşü ərəfəsində də sərhəddə yenidən erməni təxribatının şahidi olduq. Həmişəki kimi, indi də təxribatlar sülh danışıqlarının intensivləşməsi ilə eyni vaxta təsadüf edir. Mən bu təxribatı da Vaşinqton görüşü ərəfəsi Ermənistanın əl atdığı ənənəvi üsul kimi dəyərləndirərdim”, - deyə o əlavə edib.

Deputat bildirib ki, bütün bu təxribatlar vacib görüşlər sonrası bir-birinə uyğun olmayan açıqlamalar deməyə əsas verir ki, bir sıra prinsipial məsələlərdə Ermənistanın qeyri- konstruktiv mövqeyi davam edir.

“Belə olduğu halda Azərbaycan fərqli üsullara əl atmağa məcbur olacaq. Çünki bu, bilavasitə Ermənistanın seçimidir. Əgər Ermənistan diplomatiyanı seçmirsə, Azərbaycanı da fərqli seçimlərə məcbur edir. Ümid edək ki, beynəlxalq vasitəçilər Ermənistana təzyiq edəcəklər, qeyri-konstruktiv mövqedən çəkindirməyə çalışacaqlar. Bu mənada regiondakı sülh və sabitliyin saxlanması beynəlxalq vasitəçilərin qətiyyətli və ədalətli mövqeyindən asılı olacaq.

Bir məsələni də qeyd edim ki, Ermənistanın bütün təxribatlarının qarşısı ciddi şəkildə alınır. Bu təxribatlara rəvac verən Rusiya sülhməramlılarıdır. Mən deyərdim ki, regionda Qərbin başlatdığı bu prosesi pozmağa çalışan qüvvələr də təxribatlara məsulliyət daşıyır. Vaşinqton prosesi başlayandan erməni təxribatı davam edir. Hazırda Paşinyan hakimiyyəti sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Daxili auditoriyadan çəkinir və vaxtı uzatmaqla Azərbaycana qarşı beynəlxalq birliyin təzyiqinin formalaşmasına nail olmağa çalışır. Paşinyan və dəstəkçiləri bu addımı ilə Ermənistanı düşdüyü gərginlikdən çıxarmağa qoymur”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti