...

Azərbaycan XİN Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırıb

Siyasət Materials 12 İyul 2023 01:21 (UTC +04:00)
Azərbaycan XİN Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Ədalət Məhkəməsinin 11 iyul 2023-cü il tarixində dərc edilmiş 6 iyul 2023-cü il tarixli qərarında qeyd edildiyi kimi, məhkəmə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli Ermənistanın tələbinin yekdilliklə rədd edilməsinə dair qərarının Ermənistan tərəfindən təhrif olunmasına dair açıqlamasında deyilir.

"Beləliklə, məhkəmənin Qərarı bir daha təsdiq etdi ki, “23 aprel 2023-cü il tarixindən etibarən Laçın dəhlizində və ya onun boyunca yerləşdirilən hər hansı bir və bütün şəxsi heyəti geri çəkməyi və belə şəxsi heyətin Laçın dəhlizi üzərində və ya Laçın dəhlizi boyu yerləşdirilməsindən çəkinməyi Azərbaycandan tələb edən əlavə müvəqqəti tədbiri daxil etməklə” 22 fevral 2023-cü il tarixli Qərara dəyişiklik etmək barədə Ermənistanın tələbi əsassızdır.

Ermənistanın yalanlarının əksinə, Beynəlxalq Ədalət Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 22 Fevral Qərarını pozduğunu müəyyən etməyib.

Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək barədə məhkəmənin Qərarına əməl etməyə və Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinə maneə törədən davranışa son qoymağa çağırırıq", - deyə XİN-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti