Bakı. Trend:
Mənə elə gəlir ki, sizin səfirlər maşınlarının altındakı bombalara görə çox darıxır.
Trend xəbər verir ki, bunu "X" (Əvvəlki adı Tvitter) sosial şəbəkəsində milliyyətcə erməni olan şəxs paylaşıb.
"Yeri gəlmişkən, Azərbaycanın Fransadakı səfirinə erməni-fransız münasibətlərinin inkişafına görə təşəkkür edirik. Biz ona toxunmayacağıq", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, bu, ermənilərin rəsmi Bakıya növbəti hədə-qorxu, təzyiq vasitəsindən biridir. Bu üsul Ermənistan dövləti, lobbisi üçün heç də yad üsul deyil. Ermənistan həm dövlət, həm də diaspor fəaliyyətində əsl terrorçu simasını məhz ASALA kimi terror təşkilatları vasitəsi ilə tarixin müxtəlif dövlərində nümayiş etdirib.
Hələ 2021-ci ildə Azərbaycanın ABŞ-dakı ovaxtkı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ermənilərin təhdidlərinə məruz qalmışdı. Belə ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) öz "Tvitter" hesabında səfirimizə qarşı nifrət aşılayan kampaniyaya başlamışdı.
ANCA paylaşımlarında nifrət və təhdidlər yağdırır, səfiri müharibə cinayətlərində ittiham edirdi. Komitənin bu addımından cəsarətlənən ermənilər də təhdid və təhqir dolu postlar yayımlamaqdan çəkinmirdilər. Hətta onlardan biri səfiri ASALA ilə təhdid etməkdən çəkinməmişdi.