...

Sahibə Qafarova Mahaçqalada baş vermiş partlayışla bağlı başsağlığı verib

Siyasət Materials 15 Avqust 2023 16:37 (UTC +04:00)
Sahibə Qafarova Mahaçqalada baş vermiş partlayışla bağlı başsağlığı verib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Mahaçqalada baş vermiş partlayışla bağlı başsağlığı verib.

Bu barədə Trend-ə parlamentdən bildirilib.

Qeyd edilib ki, bu gün Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə əlaqədar Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə, Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dağıstan Xalq Məclisinin sədri Zaur Askenderova başsağlığı məktubu göndərib.

Məktubda Milli Məclisin sədri bu ağır faciə ilə əlaqədar rusiyalı həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalması diləklərini çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti