...

Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirinə başsağlığı verdi

Siyasət Materials 17 Avqust 2023 17:43 (UTC +04:00)
Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirinə başsağlığı verdi

Bakı. Trend:

Avqustun 17-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya səfirliyində olub və Azərbaycan hökuməti adından Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı başsağlığı kitabına ürək sözlərini yazıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova da başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti