...

Ermənistanın Qafan hava limanı təxribatı: növbəti cılız "həmlə" – (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 19 Avqust 2023 15:15 (UTC +04:00)
Ermənistanın Qafan hava limanı təxribatı: növbəti cılız "həmlə" – (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycanla sərhəddə çox yaxın məsafədə Qafan hava limanı açmaqla növbəti təxribata əl atmış oldu. Beynəlxalq təcrübədə dövlətlərin sərhədlərinin yaxınlığında yerləşən hava limanlarının, yalnız qarşıqlı razılaşma, ikitərəfli və çoxtərəfli müqavilələr əsasında fəaliyyət göstərməsi mümkündür. Lakin Ermənistan bu dəfə də beynəlxalq hüququ ayaqlar altına atıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Ermənistanın növbəti təxribatı ilə üz-üzədir.

“Son vaxtlar Ermənistan Azərbaycana qarşı ard-arda təxribatlar törədir. Bu təxribatlardan biri də Qafanda hava limanının açılmasıdır. Hazırkı vəziyyətdə belə bir addımın atılması çox ciddi təxribatdan xəbər verir. Ermənistan bu hava limanından hərbi məqsədlər üçün də istifadə etməyi planlaşdırır”, - deyə o, əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti