...

Azərbaycan öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib - XİN rəhbərinin müavini

Siyasət Materials 21 Avqust 2023 20:02 (UTC +04:00)
Azərbaycan öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib - XİN rəhbərinin müavini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə (Azərbaycan Ermənistana qarşı) Ermənistanın qaldırdığı ilkin etirazlara dair öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" (tvitter) sosial şəbəkə hesabından bildirib.

"Ermənistanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozması birbaşa olaraq BƏM-in yurisdiksiyasına aiddir", - deyə o, paylaşımında qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti