...

Bu humanitar missiyanın həyata keçirilməsi üçün Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunub - Deputat

Siyasət Materials 23 Avqust 2023 09:08 (UTC +04:00)
Bu humanitar missiyanın həyata keçirilməsi üçün Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunub - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin fəaliyyəti artıq 100 ildən çoxdur ki davam edir. Bu illər ərzində təşkilat Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, Beynəlxalq Hərəkatın 7 fundamental prinsipinə əməl etməklə, daim zəruri humanitar yardımlarla insanlara dəstək olub.

Bunu Trend-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Qırmızı Aypara Cəmiyyətinin fəaliyyətini biz həm Birinci Qarabağ müharibəsində, həm Vətən müharibəsi dövründə, həm də pandemiya dövründə görmüşük. Bu qurum “bitərəflik”, “qərəzsizlik”, “vahidlik” prinsiplərini rəhbər tutaraq, sülh dövründə, hərbi münaqişələr şəraitində, eyni zamanda, fövqəladə hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən, irqindən, siyasi baxışlarından asılı olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və digər ehtiyaclı insanlara zəruri humanitar yardımlar göstərir", - deputat bildirib.

O qeyd edib ki, bu gün də cəmiyyət bu xoşməramlı fəaliyyəti ilə yenə də diqqət mərkəzindədir:

"Ancaq təəssüflər olsun ki, son zamanlar Qarabağ bölgəsində yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında qərəzli kampaniya aparılır. Azərbaycanın nüfuzunun artması, Qarabağ məsələsində haqlı mövqeyimiz, əlbəttə ki, bizi sevməyən ölkələrin, Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara qarşı gəlmək istəyən qüvvələrin planlarını pozmuş olur.

Bir məsələni qeyd etmək lazımdır ki, Qırmızı Aypara Cəmiyyəti əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni sakinlərə çatdırmasına dəstək verməyə hazırdır".

Millət vəkilinin sözlərinə görə, bu humanitar missiyanın həyata keçirilməsi üçün milli cəmiyyət olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunub:

"Bu baxımdan bəzi təşkilatların Azərbaycanın humanitar mövqeyinə qərəzli yanaşması anlaşılan deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti