...

Paşinyanın son açıqlaması onun ikiüzlülüyünün növbəti dəfə sübutudur - Deputat

Siyasət Materials 4 Sentyabr 2023 12:33 (UTC +04:00)
Paşinyanın son açıqlaması onun ikiüzlülüyünün növbəti dəfə sübutudur - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlaması bir daha göstərir ki, onun Azərbaycanın ərazi bütövlüyünu tanıması haqqında söylədiyi fikirlər bir cəfəngiyyatdır və nəticə etibarilə Paşinyanın ikiüzlülüyünün növbəti dəfə sübutudur.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, Paşinyanın dedikləri 44 günlük Vətən müharibəsindən əvvəl verdiyi bəyanatlara oxşayır və bu bəyanatların nəticəsinin Ermənistan üçün çox ağır olduğunu hər kəs gördü:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu məhv edərək, torpaqlarımızı işğaldan azad etdi. Ermənistanda və Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilərdə gedən proseslər və son dəyişikliklər göstərir ki, Paşinyanın mövqeyi zəifləyir, bunun tam əksinə, keçmiş xunta rejiminin rəhbərləri Koçaryan-Sarkisyan cütlüyünün xətti güclənir və onlara bağlı qruplaşmalar aktivləşərək mövqelər əldə edirlər.

Araik Arutyunyan Koçaryan-Sarkisyan qruplaşmasının bir üzvü idi, amma o zəif bir şəxs idi. Hazırda gələnlər daha radikal mövqeləri ilə seçillr, Arkadi Qukasyan və Bako Saakyan xəttini davam etdirənlərdir.

Bu, həmin qrupdur ki, Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Brüssel prosesinin inkişafına mane olur. Onlar Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırması üçün ona təzyiqlər göstərirdilər və Brüssel vasitəsilə keçirilən proseslərin inkişafına müxtəlif təxribatlarla maneə törədirdilər.

Görünən odur ki, hazırda Ermənistanda hakimiyyət çevrilişinə ciddi hazırlıqlar gedir və radikal qüvvələr Ermənistanda hakimiyyət çevrilişə hazırlıq aparırlar. Koçaryan-Sarkisyan qruplaşması Rusiyaya arxalanaraq, mövqelərini gücləndirirlər və Rusiyada müəyyən qüvvələr tərəfindən istiqamətlər alırlar, bütün prosesləri tamamailə fərqli məcraya, gərginliyə yönəldirlər”.

Deputat qeyd edib ki, istənilən halda Azərbaycan öz qarşısına qoyduğu hədəflərinə çatmaq üçün qətiyyəli addımlar atacaq və hər hansı bir qüvvə Azərbaycanı haqqı yolundan döndərə bilməyəcək.

Qeyd edək ki, sentyabrın 2-də ermənilər artıq tarixə gömülmüş Qarabağdakı qondarma rejimin ildönümünü qeyd ediblər. Bununla əlaqədar Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edərək bildirib ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər "Dağlıq Qarabağ"ın ərazi vahidi kimi mövcud olmaması və "Dağlıq Qarabağ" probleminin həll olunduğu barədə bəyanatlar əsassızdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti