...

Ermənilər mövqelərimiz qarşısında səngər qazmağa cəhd edib - MN

Siyasət Materials 17 Sentyabr 2023 00:32 (UTC +04:00)
Ermənilər mövqelərimiz qarşısında səngər qazmağa cəhd edib - MN

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 16-sı saat 22:55-dən 23:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti