...

Bu gün yaranmış vəziyyətin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür - Deputat

Siyasət Materials 20 Sentyabr 2023 12:23 (UTC +04:00)
Bu gün yaranmış vəziyyətin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün yaranmış vəziyyətin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Ermənistan 2020-ci il 10 noyabr tarixli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, davamlı şəkildə təxribatlara əl atdı, mina terrorunu davam etdirdi, öz qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, ərazilərimizdə separatçılara dəstək verməklə yeni təxribatlar törətməkdə davam etdirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra humanistlik nümayiş etdirərək, Ermənistana sülh təklif etdi, regionda dayanıqlı sülhün yaradılması üçün lazımi addımlar atdı.

“Lakin Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, Azərbaycanın sülh təkliflərinə təxribatlarla cavab verdi. Azərbaycan həmişə xəbərdarlıq edirdi ki, erməni təxribatlarına, qanunsuz erməni silahlı dəstələrinin suveren ərazilərimizdə qalıb təxribatçı əməllər törətməsinə, mina terrorrunu davam etdirməsinə uzun müddət dözmək niyyətində deyil.

Azərbaycan çox çalışdı ki, məsələni dinc yolla həll etsin, lakin Ermənistan tərəfi bu istiqamətdə heç bir konstruktiv addım atmadı. Bu baxımdan, Ermənistan özü antiterror tədbirlərinin keçirilməsini zərurətə çevirdi. Bu tədbirlər beynəlxalq qanunlar çərçivəsində Azərbaycanın suveren hüquqlarına əsaslanaraq həyata keçirilir. Azərbaycan öz suveren ərazilərində qanunsuz silahlı dəstələrin təxribatlar törətməsinə imkan verməcəyəcəyini hər zaman bəyan edirdi”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, Emənistan indi də öz xislətini davam etdirərək, mülki əhalini atəşə tutur, 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, terror hücumları davam etdirilir, yenə də mülki şəxslər, mülki infrastruktur və yaşayış binaları hədəfə alınır.

“Bu, bir daha Ermənistanın terrorçu bir dövlət olduğunu göstərir”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti