...

USAİD ölkələrdə xaos yaratmaq, çevriliş etmək üçün yaradılan təşkilatdır - Deputat

Siyasət Materials 4 Oktyabr 2023 17:17 (UTC +04:00)
USAİD ölkələrdə xaos yaratmaq, çevriliş etmək üçün yaradılan təşkilatdır - Deputat
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Gürcüstanda baş verən hadisələr, yəni USAİD birbaşa rəhbərliyi və təşkilatçılığı ilə Gürcüstanda dövlət çevrilişinə ciddi hazırlığın həyata keçirilməsi, verilən siqnallar əslində ilk dəfə deyil. USAİD bir çox ölkələrdə xaosun, anarxiyanın yaradılması, dövlət çevrilişlərinin həyata keçirilməsi üçün birbaşa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin alt qolu kimi yaradılmış və onlara sərf etməyən hakimiyyətləri olan ölkədə qarşıdurma, xaos yaratmaqla, dövlət çevrilişləri həyata keçirməklə həmin hakimiyyəti yıxıb, özünə loyal olan insanları hakimiyyətə gətirir. Beləliklə də həmin ölkəni birbaşa idarə etməyə başlayır.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, Gürcüstanın üzləşdiyi bu probemi Azərbaycan bir neçə il bundan əvvəl keçib.

“Sadəcə USAİD-in Azərbaycanda atdığı addımlar heç cür alınmadı, çünki Azərbaycan güclü dövlətdir və ölkəmizdə xalq iqtidar birliyi möhkəmdir.

Vaxtilə USAİD Azərbaycanda media resurslarına çox böyük məbləğdə - 2,4 milyon dollar məbləğində qrant ayırmışdı və bu qrant USAİD-in sözünü deyən media resurslarına paylandı. Bu bir daha onu göstərirdi ki, onların məqsədi aydındır və həmin media resursları vasitəsilə hakimiyyətə qarşı istifadə etmək, insanları xaosa, çaxnaşmaya dəvət etmək idi.

Əvvəllər Azərbaycanda USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar vasitəsilə cəhd ediblər ki, ölkəmizdə xaos, anarxiya yaratsınlar, ölkəni zəiflətsinlər, hakimiyyət çevrilişi etsinlər. Amma bütün bunlar iflasa uğradı, çünki Azərbaycanda xalq iqtidar birliyi möhkəm təməllər üzərində qurulub və bu birlik daha da möhkəmlənməkdədir. Çox təəssüf ki, Azərbaycan dəfələrlə USAİD-ə bildirsə də, onların Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur, onlar yenə də ölkəmizdə fəaliyyət göstərirlər”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün çevriliş cəhdi ilə üzləşmiş Gürcüstanda USAİD geniş şəbəkə yaradıb, vaxtilə Azərbaycanda işlədikləri təşkilat və hərəkatlara maliyyəni məhz Gürcüstan üzərindən ötürüb.

“Amma onlar analamalıdırlar ki, onların heç bir niyyəti heç vaxt baş tutmayacaq, iflasa uğrayacaq. Azərbaycanın dövlət orqanları, insanlarımız ayıq-sayıqdır, ağı qaradan seçməyi yaxşı bilir. Onların bütün məkirli niyyətləri iflasa uğrayacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti