...

Azərbaycanın zərgər dəqiqliyi ilə hazırladığı plan: dəfələrlə çox şəhid verməyimizin qarşısı necə alındı? (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 16 Oktyabr 2023 20:02 (UTC +04:00)
Azərbaycanın zərgər dəqiqliyi ilə hazırladığı plan: dəfələrlə çox şəhid verməyimizin qarşısı necə alındı? (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Prezident İlham Əliyev Ağdərədə, Xankəndidə, Sərsəng su anbarının ərazisində, Xocalı şəhərində, Əsgəranda, Xocavənd şəhərində Azərbaycan bayrağını ucaltdı. Bu, tarixi bir hadisədir və erməni separatizminin ərazimizdə kökünün kəsilməsinin təsdiqidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 200 illik erməni təxribatına son qoyuldu və Azərbaycan xalqı əbədi qələbə qazandı.

Bununla bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan xalqı çox möhtəşəm qələbələrə şahidlik edir.

“2020-ci ildə torpaqlarımızı işğaldan azad etmişdik və həmin dövrdə çox səbrsizlikə gözləyirdik ki, nə zaman Xandəndiyə daxil olacağıq. Əlbəttə biz bilirdik, daxil olacağıq, amma insanlarımız tələsirdilər ki, biz qələbəmizi daha qısa vaxtda təmin edək. Son 200 il ərzində ermənilər bu ərazilərə köçürülməyə başladığı dövrdən çox məkirli planlar həyata keçiriblər. Məqsəd erməniləri burada daha geniş yerləşdirmək və gələcəkdə daha çox təxribatlara zəmin yaratmaq idi. Ancaq Azərbaycan xalqı qələbə qazandı”, - deyə C.Məmmədov əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti