...

Son 30 ildə Türkiyənin xarici siyasəti, iqtisadiyyatı böyük dərəcədə inkişaf edib - Fariz İsmayılzadə

Siyasət Materials 16 Oktyabr 2023 16:04 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son 30 ildə Türkiyənin xarici siyasəti, iqtisadiyyatı böyük dərəcədə inkişaf edib. Türkiyə tək Avroatlantik məkanda yox, eyni zamanda Yaxın Şərqdə, Afrikada çox önəmli oyunçuya çevrilib.

Trend-in məlumatına görə, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “500 illik uğurlu siyasət: Keçmişdən bu günə Türkiyə Xarici İşlər Təşkilatı” adlı tədbirdə deyib.

O qeyd edib ki, bu gün Türkiyə Rusiya-Ukrayna məsələsində çox etibarlı danışıqlar aparan bir dövlətdir.

“Türkiyə öz xarici siyasətini yalnız ənənəvi diplomatiya və hərbi yolla deyil, eyni zamanda iqtisadi diplomatiya, mədəniyyət diplomatiyası ilə qurur. Türkiyə gənc diplomatlar yetişdirir, eyni zamanda yeni sosial media alətlərindən xarici siyasətdə məharətlə istifadə edir. Belə ki, səfirliklərin işində, Türkiyənin yeni imicinin qurulmasında sosial mediada alətlərindən istifadə edir”, - deyə F.İsmayılzadə bildirib.

Qeyd edək ki, Bakıda “500 illik uğurlu siyasət: Keçmişdən bu günə Türkiyə Xarici İşlər Təşkilatı” adlı tədbir keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti