...

8 Noyabr - Zəfər Günü xalqımızın qürur tarixidir

Siyasət Materials 8 Noyabr 2023 12:55 (UTC +04:00)
8 Noyabr - Zəfər Günü xalqımızın qürur tarixidir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixinin ən parlaq qələbəsi ilə başa çatdı. Artıq 2020-ci ildən başlayaraq 8 noyabr tarixi ölkəmizin Zəfər Günü kimi qeyd edilir. Əlbəttə ki, Zəfər Günü Azərbaycanın gücünün, qüdrətinin təntənəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, Azərbaycan Ordusunun rəşadəti ilə əldə edilən şanlı qələbə bundan sonra da hər zaman böyük qürurla qeyd ediləcək və öyrəniləcək.

“İndi Azərbaycan xalqı qalib xalq kimi Zəfər Gününü qeyd edir. 2020-ci ildə Azərbaycanın tarixi Zəfərindən sonra bəzi dairələr çalışırdılar ki, 2020-ci il 8 noyabrda üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu saxlasınlar. Xüsusən ABŞ və Qərb ölkələri düşünürdülər ki, Şuşanınn azad olunmasından sonra Azərbaycan ordusu hər hansı bir addım atmayacaq və bu status-kvo qalacaq.

Bunun üçün, başda Fransa olmaqla Qərb dairələri Azərbaycana qarşı çirkin kampaniya aparmağa başladılar. Onlar çalışırdılar ki, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qətnamələr qəbul etdirsinlər. Bundan başqa Azərbaycana, şəxsən Prezident İlham Əliyevə qarşı olan təzyiqlər, dövlət başçısına və onun ailə üzvlərinə qarşı aparılan çirkin kampaniyalar həyata keçirildi. Amma bütün bunların hamısı fiaskoya uğradı.

Azərbaycan ordusu erməni təxribatlarına layiqli cavab verdi və Azərbaycanın daha da gücləndiyini Ermənistana, onun havadarıarına bir daha göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmadı, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatı”, - deyə deputat əlavə edib.

C.Osmanov bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib.

“Ölkə başçısı Prezident cənab İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirib, ölkənin dayanıqlı iqtisadi inkişafın təmin olunması naminə isə düşünülmüş siyasət yürüdüb. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin özünün də qeyd etdiyi kimi ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Göründüyü kimi tarixi zəfərimizin arxasında uzun illərin gərgin əməyi, düşünülmüş siyasət, qətiyyətli və prinsipal mövqe dayanır. Bu gün ölkəmizin bütün ərazisində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Bu gün işğaldan azad edilmiş ərazilər yenidən qurulur, xalqımızın öz doğma torpaqlarına qayıtması üçün lazımı şərait yaradılır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti