Bakı. Trend:
Xəzər ətraf mühitinin hazırkı vəziyyəti narahatlıq doğurur.
Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.
XİN rəhbəri İlham Əliyevin su hövzəsinin quruması səbəblərinin və qarşısının alınması üzrə ekspert qrupunun təşkili üzrə təşəbbüslə çıxış etdiyini xatırladıb.
Bayramov hazırda ekspertlərin Bakıda görüşünün təşkili üzrə işlər getdiyini bildirib.
Qeyd edək ki, iclasa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrlik edir. İclasda Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak edirlər.