Bakı. Trend:
Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2024-cü il 7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə qurumun növbədənkənar XXVI Baş Məclisində çıxışı zamanı deyib.
O bildirib ki, cəmiyyət bu dəfə də Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir, onunla birlikdə olduqlarını bəyan edir.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir. Tədbirdə 400 nəfərə yaxın qonaq iştirak edir.
İclasın sonunda yekun bəyanat qəbul edilməsi gözlənilir.