Bakı. Trend:
İrəvan Azərbaycanın sülh sazişi üzrə göndərdiyi sonuncu təkliflər paketinə cavab verəcək.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə brifinqdə deyib.
Erməni nazirin sözlərinə görə, İrəvan bu prosesin uğurlu olacağına inanır.
Xatırladaq ki, bir qədər əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycan tərəfinin Ermənistana növbəti təkliflər paketini göndərdiyini bildirib.
"Biz noyabrın sonunda Ermənistan tərəfindən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almışdıq, 1 ay ərzində bizim tərəfimizdən qarşı tərəfə işlənilmiş təkliflər paketi qaytarıldı. Bu proses gedir”, - deyə nazir bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi də öz növbəsində Azərbaycandan növbəti təkliflər paketi aldığını təsdiqləyib.