...

Prezident İlham Əliyevin sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib - Pakistanlı ekspert

Siyasət Materials 24 Yanvar 2024 19:41 (UTC +04:00)
Prezident İlham Əliyevin sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib - Pakistanlı ekspert
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin sayəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib, aparıcı enerji şirkətləri ilə tarixi müqavilələrin imzalanması isə ölkənin dünya bazarına inteqrasiyasında həlledici rol oynayıb.

Bu barədə Trend-ə "Ortaq Gələcəyə Malik İcma" Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəm deyib.

"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə sabitliyin simvoluna çevrildi", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, bu, aparılan uzaqgörən siyasət və ölkənin prioritetləri, o cümlədən iqtisadiyyatın möhkəmləndiriıməsi, peşəkar ordunun formalaşması və dünya arenasında fəal iştirak sayəsində mümkün oldu.

Onun fikrincə, bu perspektiv yanaşma Azərbaycanın regional liderlik əldə etməsində və dünya siyasətində tanınmasında əsas rol oynayıb.

Ekspert bildirib ki, Azərbaycanın bu müddət ərzində regional inkişaf üzrə dövlət proqramlarını həyata keçirməsi milli iqtisadiyyatın inkişafına şərait yaradıb.

"2003-2022-ci illərdə Azərbaycanda ümumdaxili məhsul 7,3 milyard dollardan 78,7 milyard dollaradək artıb, dövlət büdcəsinin xərcləri isə 705,8 milyon dollardan 21,5 milyard dollara çatıb. 2003-cü ildə orta aylıq əmək haqqı cəmi 45 dollar idisə, 2022-ci ildə təqribən 500 dollaradək artıb ki, bu da unikal iqtisadi artımdan xəbər verir. Həmçinin, ölkə iqtisadiyyatının diversifikasiyası və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyası məqsədilə sosial-iqtisadi inkişaf sahəsində bir sıra dövlət proqramları həyata keçirilib", - o deyib.

Ekspert əlavə edib ki, Azərbaycanda 2024-cü il fevralın 7-nə planlaşdırılan Prezident seçkiləri ölkənin daha şəffaflıq, ədalət və inklüziv idarəetmə prinsiplərinə əsaslanan daha parlaq gələcək yolunda irəliləməsinə imkan yaradacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti