...

TBMM sədri Azərbaycanı təbrik etdi

Siyasət Materials 22 Fevral 2024 13:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan parlamenti layiqli formada bu sədrliyi həyata keçirəcək, buna heç bir şübhəmiz yoxdur.

Trend xəbər verir ki, bunu TBMM sədri Numan Kurtulmuş Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib.

Sədr, bu mənada, Azərbaycan Parlamentinə uğurlar arzu edib.

Numan Kurtulmuş Prezident İlham Əliyevin Türkiyə səfərinə və iki dövlət arasındakı münasibətlərə toxunub.

"İki qardaş ölkənin münasibətləri yüksələn səviyyədə davam edir. Mən TBMM adından cənab Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edirəm. Hesab edirik ki, böyük Qarabağ zəfərindən sonra bu zəfər də həm Azərbaycan xalqı adına, həm də türk dünyası adına böyük vədlər verir".

Xəbər lenti

Xəbər lenti