...

Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd ediləcək

Siyasət Materials 22 Fevral 2024 16:33 (UTC +04:00)
Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd ediləcək

Bakı. Trend:

Prezident İlham Əliyev Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncamda deyilir:

"Süleyman Ələsgərov milli mədəni ənənələr zəminində yüksələrək Azərbaycan musiqi mədəniyyəti tarixinə mühüm səhifələr yazmış sənətkarlardandır. Onun janr əlvanlığı və forma aydınlığı ilə seçilən zəngin yaradıcılığı öz mənbəyini xalq musiqisi xəzinəsindən almışdır. Operetta, opera, simfonik muğam və poemaları, süita, kantata, kamera-vokal və instrumental əsərləri, xüsusən də sözlə melodiyanın ahəngdar vəhdətində ərsəyə gətirdiyi və ifaçıların repertuarında geniş yer tutan mahnı və romansları bəstəkara musiqisevərlərin böyük rəğbətini qazandırmışdır. Süleyman Ələsgərov maarifçi və təşkilatçı kimi ölkənin mədəni həyatının müxtəlif sahələrində uğurla çalışmaqla yanaşı, həm də uzunmüddətli pedaqoji fəaliyyəti dövründə gənc musiqiçilər nəslinin yetişməsi istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti