...

Fələstin hökuməti istefa verəcək - KİV

Siyasət Materials 26 Fevral 2024 03:30 (UTC +04:00)
Fələstin hökuməti istefa verəcək - KİV

Bakı. Trend:

Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək.

Trend xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Baş nazir Məhəmməd Ştaye istefa ərizəsini Fələstin liderinə təqdim edəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti