...

Azərbaycanla Mərakeş arasında nəqliyyat sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Siyasət Materials 29 Fevral 2024 03:30 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 28-də Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov bu ölkənin nəqliyyat və logistika naziri Mohammed Abdeljalil ilə görüşüb.

Səfirlikdən Trend-ə bildirilib ki, görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin inkişaf perspektivləri, o cümlədən 2023-cü ilin noyabr ayında Rabat şəhərində keçirilmiş hökumətlərarası komissiyanın iclası zamanı imzalanmış Azərbaycan Respublikası və Mərakeş Krallığı Hökumətləri arasında logistika sahəsində çərçivə sazişinin müddəalarının həyata keçirilməsi, nazirliklərarası işçi qrupunun yaradılması və təcrübə mübadiləsi haqqında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin iki ölkə arasında turizm, birbaşa hava əlaqələrinin qurulması, su, quru və dəmir yolu nəqliyyatları sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti