...

Sumqayıt hadisələri ermənilərin iştirakı ilə əvvəlcədən planlaşdırılmışdı – Deputat

Siyasət Materials 29 Fevral 2024 15:38 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı Trend:

Sumqayıt hadisələrini o zaman KQB-nin ssenarisi əsasında məhz elə ermənilərin özləri tərəfindən törədilmişdi. Bu təxribatlar əvvəlcədən planlaşdırılmışdı. Nəzərinizə çatdırım ki, həmin hadislər zamanı ermənilər tərəfindən öldürülənlərin 6-sı azərbaycanlı idi. Hadisələrin səbəbkarı, yürüşə başçılıq edən isə milliyyətcə erməni olan Eduard Qriqoryan idi. Eduard Qriqoryan özü cinayətkar olub, ermənilərin özləri onun haqqında şikayətlər veriblər.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, elə Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri əsasında məhkəmənin qərarı ilə Eduard Qriqoryan 12 il azadlıqdan məhrum edilərək, cəzasını çəkmək üçün Ermənistana köçürülüb, lakin orada azadlığa buraxılıb.

“Sumqayıt hadisələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verildi, həmçinin, bir nəfər ölüm cəzası aldı. Yəni bu hadisələr ermənilərin uydurduqları kimi hər hansı faciə deyil, elə ermənilərin özlərinin əli ilə törədilmiş təxribat idi. Bu hadisələrə görə ermənilərin özlərinin də həbs edilməsi bunu aydın şəkildə sübut edir”, - deyə deputat bildirib.

O qeyd edib ki, emənilər tarix boyu yalan və saxtakarlıqlara əl ataraq Azərbaycana qarşı əsassız iddialar irəli sürüblər.

“Bu absurd iddialardan biri də elə Sumqayıt hadisələri ilə bağlıdır. Ermənilər o zaman SSRİ dövründə Azərbaycana qarşı planlaşdırılmış və ermənilərin əli ilə törədilmiş təxribat hadisələrini sanki ermənilərin faciəsi kimi qələmə verməyə çalışırlar. Hətta ermənilər bir az da hiyləgərlik edərək Ermənistanın müxtəlif şəhərlərində Sumqayıt hadisələri ilə bağlı qondarma abidələr qurublar.

Ermənilər yalnız uydurmalar uydururlar, tarixi saxtalaşdırmağa çalışırlar. Lakin söhbət rəsmi sənədlərə, arxivlərə gələndə ermənilər bu məsələdən yayınırlar. Əgər Ermənistan həqiqətin tərəfdarıdırsa onda arxivləri açılsın, hadisələr rəsmi sənədlər əsasında ortaya qoyulsun. Əlbəttə ki, Ermənistan heç zaman buna getməz, çünki onlar yaxşı bilirlər ki, arxivləri açılarsa, bütün həqiqətlər üzə çıxacaq, həm Ermənistan, həm də dünya ictimaiyyəti baş verən hadisələr haqqında həqiqətləri öyrənəcəklər, Ermənistanın saxtakarlıqları, dinc insanları qətlə yetirmələri ortaya çıxacaq.

Ermənilər hər zaman bu cür saxtakarlıqlar arxasında gizlənərək dünya ictimaiyyətini aldatmağa çalışıb. Sumqayıt hadisələri ilə bağlı da Ermənistan eyni saxtakarlığa əl atır. Niyə özünü demokrat kimi qələmə verən Paşinyan niyə arxivlərin açılmasını təmin etmir? Əlbəttə ki, qondarma "erməni soyqırımı" məsələsində olduğu kimi, Sumqayıt hadisələrində də həqiqətlərin üzə çıxması onların əsl terrorçu mahiyyətini ortaya qoyacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti