...

Azərbaycanla olan dost münasibətlərimizi yüksək qiymətləndiririk - Jelka Cviyanoviç

Siyasət Materials 14 Mart 2024 10:59 (UTC +04:00)
Azərbaycanla olan dost münasibətlərimizi yüksək qiymətləndiririk - Jelka Cviyanoviç
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla olan dost münasibətlərimizi yüksək qiymətləndiririk.

Trend xəbər verir ki, Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Jelka Cviyanoviç (Zeljka Cvijanovic) XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

“Son illər ərzində qlobal geosiyasi dəyişiklikləri görürük. Qlobal Bakı Forumunun mövzusu məhz bu dövrü əhatə edir. Əfsuslar olsun ki, bəzi hallarda güc əsas rol oynayır və bunun fəsadları olur. Biz böhranın mənbələrini araşdırmalıyıq. Necə edə bilərik ki, xaotik dünyaya son qoyulsun? Bu kimi forumlar sözügedən suala cavab tapmaq üçün müvafiq platformadır”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti