...

Azərbaycan Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin minimallaşdırılması üzrə tədbirlər görür - Nazir müavini

Siyasət Materials 4 Aprel 2024 10:44 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin minimallaşdırılması üzrə tədbirlər görür və bu cür tədbirlərdən biri xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin yaradılmasıdır.

Trend xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavin Umayra Tağıyeva Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşündə deyib.

"Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin minimallaşdırılması üzrə tədbirlər görür və bu cür tədbirlərdən biri xüsusi mühafizə olunan ərazilər şəbəkəsinin yaradılmasıdır. Ölkəmiz ətraf mühitin mühafizəsi məsələlərinə, ondan səmərəli istifadəyə, "Qırmızı kitab"a daxil edilmisi,nə nadir fauna və flora növlərinin qorunmasına, eləcə də ekoturizmin inkişafına sadiqdir", - o deyib.

Qeyd edək ki, bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin beştərəfli görüşü keçirilir.

Məlumata görə, tədbirdə həmçinin Baş prokuror Kamran Əliyev, Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının yüksək rütbəli şəxsləri və digər rəsmilər iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti