...

Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq - Deni Sassu-Nqesso

Siyasət Materials 4 Aprel 2024 15:38 (UTC +04:00)
Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq - Deni Sassu-Nqesso

Bakı. Trend:

Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq.

Trend xəbər verir ki, bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Bu səfərin Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmağa imkan verdiyini bildirən Deni Sassu-Nqesso Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıqlarını söyləyib.

“Həmçinin, biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti