...

ATƏT-in Minsk qrupu uzun illər nəyə xidmət etdi? – Təqaüdçü siyasətçilərin səmərəsiz fəaliyyəti (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 14 May 2024 17:47 (UTC +04:00)
ATƏT-in Minsk qrupu uzun illər nəyə xidmət etdi? – Təqaüdçü siyasətçilərin səmərəsiz fəaliyyəti (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun 28 il ərzində səmərəsiz fəaliyyəti ilə Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olmadı, əksinə uzun illər ərzində işğalçıya dəstək verdi.

Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Minsk qrupunun fəaliyyətinə məntiqi qiymət verərək ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı olduğunu diqqətə çatdırdı.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, ATƏT bütövlükdə səlahiyyətinə aid olan məkanda hər hansı bir münaqişənin həll olunması ilə bağlı bu günə qədər prinsipial bir mövqe sərgiləməyib və uğura imza atmayıb.

“Azərbaycan əraziləri işğal altında olduğu zaman kəsiyi ərzində Ermənistan durmadan silahlandırılırdı, bu ölkəyə ödənişsiz əsaslarla silahlar verilirdi. Ermənistan həm hərbi texnika, həm hava hücumundan müdafiə sistemləri və digər məqamlarla bağlı bütün kvotaları keçmişdi. Amma biz həmin dövrdə ATƏT-in bu məsələ ilə bağlı mövqeyinin şahidi olmadıq”, - deyə E.Mirzəbəyli bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti